EN

Türkiyə Avropadakı elektrik kəsintilərindən təsirlənməyib – Nazir Bayraktar

BAKI, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türkiyənin elektrik ötürücü və paylayıcı xətlərində ümumi fasilə yaradacaq heç bir problemin olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Ötən gün İspaniya, Portuqaliya və Fransanın bəzi bölgələrini vuran elektrik kəsilməsinin ardından Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib. Nazir Bayraktar Türkiyənin elektrik nəqli və paylama xətlərində ümumi kəsintiyə səbəb olacaq bir problem olmadığını açıqlayıb.

Qeyd edək ki, bazar ertəsi Avropanın bəzi hissələri saatlarla elektrik enerjisi kəsilib. Madrid, Barselona və Lissabon kimi milyonlarla əhalisi olan şəhərlərdə elektrik enerjisi tamamilə kəsilib, uçuşlar həyata keçirilə bilməyib, xəstəxanalar çətin anlar yaşayıb, nəqliyyatın hərəkəti iflic olub. İspaniya və Portuqaliya hökumətləri elektrik kəsilməsi zamanı yarana biləcək təhlükəsizlik problemlərinin qarşısını almaq üçün fövqəladə vəziyyət elan ediblər. Qəzanın səbəbi müəyyən edilməsə də, səlahiyyətlilər vətəndaşları fövqəladə tədbirlərə əməl etməyə çağırıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bazar ertəsi Türkiyədəki vəziyyətlə bağlı açıqlama verərək, "Hazırda Türkiyə bu problemdən təsirlənmir. Amma bu, bizə təsir edə biləcək bir problemdir. Çünki biz də Avropa sisteminə bağlıyıq" dedi.

Chosen
0
turkic.world

1Sources