EN

Odessaya kütləvi dron hücumu: ÖLƏN VƏ YARALANANLAR VAR

Mayın 1-nə keçən gecə pilotsuz təyyarələrdən istifadə edən rus qoşunları Odessaya kütləvi hücuma keçib. Şəhərdə partlayış səsləri eşidilib, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

 

Odessanın meri Gennadi Truxanov, “Suspilne.Odessa” və yerli “Dumskaya” nəşrləri belə məlumat yayıblar. 

 

Jurnalsitlərin dediyinə görə, gecəyarısı Odessada partlayışlar dalğası eşidilib.

 

“Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Bundan başqa, ilkin məlumata görə, məktəb binalarından birində yanğın baş verib”, - “Dumskaya” qəzeti yazır.

 

Odessa Hərbi administrasiyasının rəhbəri Oleq Kiper PUA zərbələri nəticəsində şəhərdə 2 nəfərin öldüyünü, daha 5 nəfərin isə yaralandığını bildirib.

 

Hakimiyyət orqanları xəbərdarlıq bitənə qədər sakinləri sığınacaqlarda qalmağa çağırır.

 

Xatırladaq ki, son iki həftədə Rusiya Ukraynanın Xarkov və Zaporojye şəhərlərinə, daha əvvəl isə Odessa çəhərinə də PUA-lar vasitəsilə kütləvi hava zərbələri endirib. Bu hücumlar zamanı 10-larla insan həlak olub və yaralanıb.


Chosen
0
1
senzor.az

2Sources