Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir.
E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
