EN

Krediti olanların NƏZƏRİNƏ - Qadağa qoyula bilər

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmilərində artımlar var ki, bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyyə olunandır:

"Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim".

Chosen
0
6
Ajans.az

10Sources