EN

Maşında nəzarətsiz qalan azyaşlı təhlükə altında qaldı- VİDEO

Bakıda sürücünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 77-BE-967 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobildəki azyaşlı sərnişin nəzarətsiz şəkildə qaldığı üçün başını maşının şüşəsindən bayıra çıxarıb. Bu hərəkət azyaşlının həyatı üçün təhlükə yaradıb.

Qeyd edək ki, bu, sərnişin daşıma qaydalarının pozulması hesab edilir. Qanunvericiliyə görə, sərnişinlər nəqliyyat vasitəsində əyləşməli, təhlükəsizlik kəmərindən istifadə etməlidir. Azyaşlılar isə ön oturacaqda daşınan zaman xüsusi uşaq oturacağı ilə təmin edilməlidir.

 

Fərid

Chosen
0
avtosfer.az

1Sources