EN

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, namizədlər arasında PSJ-dən Vitinya və “İnter”dən Danzel  Damfris yer alır.

Vitinya yarımfinalın ilk oyunları çərçivəsində “Arsenal”la matçdakı çıxışı ilə diqqət çəkib. Damfris isə “Barselona” ilə görüşdə dubl edib və 1 qolun ötürməsini verib.

Qalib UEFA-nın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.

Chosen
0
1
idmanxeber.az

2Sources