EN

Tarixi abidələrin pasportlaşdırılması ilə bağlı İctimai Komissiyanın yaradılması təklif edilib

Milli Məclisdə tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması prosesi ilə əlaqədar İctimai Komissiya yaradılması təklif edilib.

“Report” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, pasportlaşma zamanı ictimai, siyasi, mədəniyyət xadimlərinin də fikirləri alınmalıdır.

Chosen
0
1
report.az

2Sources