EN

Daha bir DƏLƏDUZLUQ - qum dolu qutular satdılar

Sankt-Peterburqda Moskva Rayon Məhkəməsi internet elan saytı vasitəsilə bahalı telefonlar əvəzinə içi qum dolu qutular satan iki dostu xüsusilə böyük miqyaslı dələduzluqda təqsirli bilib. 

News24.az xəbər verir ki, bu barədə şəhərin birləşmiş məhkəmə mətbuat xidməti məlumat verib.

İstintaqın məlumatına görə, dostlar cinayət sxemini 2023-cü ilin iyul ayında qurublar. Onlar internetdə bahalı telefonların satışı ilə bağlı elanlar yerləşdirib, sonra isə potensial alıcılarla əlaqə qurublar. Aldatdıqları müştərilərdən əvvəlcədən ödəniş aldıqdan sonra, cihaz qutularına qum doldurub həmin “məhsulu” onlara göndəriblər.

Ümumilikdə dələduzlar zərərçəkənlərdən təxminən 200 min rubl(təxminən 4 min azn) pul oğurlayıblar. Hadisə ilə bağlı cinayət işi açılıb və təqsirləndirilən şəxslər 6,5 il azadlıqdan məhrumetmə cəzası alıblar. Onlar cəzanı ümumi rejimli koloniyada çəkəcəklər.


Məryəm İlhamqızı

Chosen
0
news24.az

1Sources