EN

Borclunun təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüquq fəlsəfəsinə ziddir – Elçin Mirzəbəyli

Bakı. Trend:

Borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindənbiri ölkədən xaricdə vəfat edib və o, doğmasının dəfnində iştiraketmək, yaxud cənazəsini ölkəyə gərimək üçün ölkə xaricinəgetməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqiprosedurlar və necə həyata keçirilməlidir? Ölkədən getmək hüquqununmüvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisnahalları nəzərə alması son dərəcə vacibdir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, cinayət törətmiş şəxsə münasibətdəhumanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təciliehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququnfəlsəfəsinə ziddir:

“İcra orqanı tərəfindən borclunun müraciəti əsasında özü vəyaxud xaricdəki ailə üzvü ağır xəstəliyə düçar olan və yaxudxaricdəki ailə üzvü vəfat edən borcluya münasibətdə də, təbii ki,sübutlar təqdim edilməklə məhkəmə qaydasında və təxirə salınmadantətbiq edilə bilər.

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıməsələsində qanunvericilik istisna halları nəzərə almalı vəinsanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədiləxüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərketməsinə icazə verilməlidir”.

Chosen
0
az.trend.az

1Sources