
ABŞ-ın keçmiş prezidenti Donald Tramp, vitse-prezident Kamala Harrisin həyat yoldaşı Daqlas Emhoffu ABŞ Holokost Memorial Şurasından uzaqlaşdırıb. Emhoff bu vəzifəyə 2025-ci ilin yanvarında Bayden administrasiyası dövründə təyin olunmuşdu.The New York Times-ın məlumatına görə, Daqlas Emhoff qərardan narazı qaldığını bildirib və bunu “qurbanların xatirəsinin siyasiləşdirilməsi” adlandırıb:“Bu gün mənə ABŞ Holokost Memorial Şurasından çıxarıldığım bildirildi. Holokostun xatirəsi və bu haqda maarifləndirmə heç vaxt siyasi vasitəyə çevrilməməlidir,” – deyə Emhoff qeyd edib.
O əlavə edib ki, Holokostun faciəsini siyasi alətə çevirmək, nasistlər tərəfindən qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsinə hörmətsizlikdir. Qeyd edək ki, Daqlas Emhoff yəhudi mənşəlidir və tez-tez antisemitizmin artışına qarşı çıxışlar edir.
Ənənəyə görə, bu cür təyinatlar beş il müddətinə nəzərdə tutulsa da, Emhoffun səlahiyyət müddəti cəmi bir neçə ay – yanvar ayından bu yana davam edib.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Oliver Stoun: Son üç ildə Qərbdən məyus oldum
Qəzzada Aclıq Səssizcə Öldürür: İcma Mətbəxləri Bağlanmaq Üzrədir - FOTO - VİDEO
Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək - VİDEO