Bakı. Trend:
2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü ilillə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyonmanatadək yüksəlib.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinbu gün keçirilən iclasında çıxışı zamanı sdeyib.
Millət vəkili bildirib ki, hazırda 3 milyondan çox vətəndaşınbanklara istehlak kreditləri üzrə borcu var:
"Rəsmi statistika göstərir ki, banklardan borclananvətəndaşlarımızın sayı artır. Bütün bunlarlayanaşı, vaxtı keçmişkreditlərin həcmi 2024-cü ilin sonuna nisbətdə bu ilin ilk rübündə449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu odeməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədirvə bu daha çox borclu deməkdir.
Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Beləki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkiledib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yənifiziki şəxslərin payına düşür. 375 milyon manatlıq bizneskreditləri isə qeyri-işləkdir.
Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə,adambaşına 13.8 min manata bank borcu var. Əgər 5 il öncə əhalininborc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisəbu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib".
Deputat qeyd edib ki, problemli kreditlərin, həm də qeyri-işləkkreditlərin həcmilərində artımlar var.
"Nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün buqadağaların müəyyənləşdirilməsini tövsiyə olunandır. Məsələn, cəmi200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışınınməhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəbolacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borclarındaha qısa zamanda qaytarılmasına səbəb ola bilər.
Bütövlükdə, problemli kreditlərinin həcminin artdığını nəzərəalaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq,hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsiningenişləndirilməsini təklif edərdim", - deyə V.Bayramov əlavəedib.