EN

Azərbaycanı Zəfər Kubokunda onlar təmsil edəcək

Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kubokuna start veriləcək.

Futbolpress.az xəbər verir ki, U17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda qızlardan ibarət komandamız mübarizə aparacaq.

Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi – Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) uğur qazanmağa çalışacaq.

Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.

Chosen
0
4
futbolpress.az

10Sources