"Barselona"nın gənc ulduzu Lamin Yamal yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, dünən UEFA Çempionlar Liqası yarımfinal mərhələsində "İnter"ə qarşı keçirilən oyun bu futbolçu üçün "Barselona"da 100-cü matç olub.

Yamal 100-cü oyununu 17 yaş 291 günlüyündə keçirərək bu göstəricidə rekordu yeniləyib.

İndiyədək Kataloniya təmsilçisinin heyətində 100 matç həddinə çatan ən gənc futbolçu Qavi idi - 19 yaş 30 gün. Hazırda üçüncü sıranı Boyan Krkiç tutur (19 yaş 2 ay 25 gün).

Onu da əlavə edək ki, Lamin Yamal "Barselona"da 100 oyun ərzində 22 qol vurub, 33 məhsuldar ötürmə verib.