"Qarabağ"ın adını eşidən kimi Yürgen Kloppun üzü güldü, "bu klubu yaxşı tanıyıram" söylədi və 14-15 il əvvələ qayıtdı".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Almaniyaya səfəri barədə "Sportinfo.az"-a danışarkən deyib.
Avropa Klublar Birliyinin (ECA) panel tədbirində iştirak məqsədilə sözügedən ölkəyə yollanan funksioner burada "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppla görüşüb. Hacıyev məşhur almaniyalı mütəxəssislə Ağdam klubu ilə bağlı söhbət etdiyini bildirib:
"Məndən hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan gəldiyimi, "Qarabağ"da çalışdığımı söylədim. UEFA Kubokunda "Borussiya" ilə "Qarabağ"a qarşı keçirdiyi oyunları xatırladığını söylədi. Dortmund və Bakıdakı oyunların çox çətin keçdiyini bildirdi. Dedi ki, mən ondan sonra daim "Qarabağ"ı izləyirəm, nəticələri ilə yaxından maraqlanıram, yaxşı komandanız var.