UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, ötən gün "Barselona" "İnter"lə qarşılaşıb.
Dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3.
Görüşdən sonra oyunun ən yaxşı futbolçusu bəlli olub. Bu ada milanlıların müdafiəçisi Denzel Dumfris layiq görülüb.
Niderland millisinin üzvü matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, Dumfris 2021-ci ildən "İnter"in şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Millimiz Ukrayna ilə bacarmadı
“Barselona” - “İnter” matçı bu kanallarda
PSJ-dən yeni rekord
PSJ səfərdən qələbə ilə qayıdır - YENİLƏNİB
"Arsenal" - PSJ matçı bu kanallarda