Bakı. Trend:
Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırmaobyektləri daxil olan dövlət orqanları (qurumları) vəstandartlaşdırma üzrə texniki komitələr 5 ildən gecolmayaraq standartlaşdırma üzrə normativ sənədlərinyoxlanılmasını həyata keçirməlidirlər.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisinbu gün keçirilən plenar iclasında müzakirə olunan "Standartlaşdırmahaqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, sözügedən yoxlamalar həril keçirilir.
Bundan əlavə, qanuna əsasən, texniki şərtlər müvafiq sahədədövlət standartı və ya Azərbaycanda birbaşa tətbiq olunanbeynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartlarıolmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyənedilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilətəsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texnikişərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində millistandartlaşdırma qurumuna göndərilir.
Təklif edilən dəyişikliyə əsasən, milli standartlaşdırma qurumutexniki şərt daxil olduğu gündən 15 iş günümüddətində onun bu qanunun və müvafiq sahədə mövcud olan texnikireqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfatsubyektinə təqdim etmədikdə həmin texniki şərt təsərrüfat subyektitərəfindən istifadə edilə biləcək.
Mövcud qanunvericiliyə əsasən, sözügedən müddət 15gündür.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.