İstanbul Böyükşəhər Bələdiyyəsin (İBB) korrupsiyaya görə həbs edilən sədri Əkrəm İmamoğlunun son görüntüsü ortaya çıxıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bununla bağlı İmamoğlunun vəkilləri onun hesabında paylaşım edib.
Ailə üzvlərinin ziyarəti zamanı çəkilmiş şəklə, “Ailə sülh, güvən, xoşbəxtlikdir, ailə müqəddəsdir”, – deyə yazılıb.
İmamoğlunun yanına gedənlər arasında həyat yoldaşı Dilək İmamoğlu, böyük oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu, anası Hava İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu olub.