PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının 1/2 final mərhələsində “Arsenal”a 1:0 hesabı ilə qalib gəldikləri oyunda yeganə qolu vurub.
İdmanxeber.az-ın məlumatına görə, bu qolla Dembele, ÇL pley-offlarında ən çox qol vuran fransalı futbolçular arasında 4-cü yerə yüksəlib. O, bu nəticə ilə Zinəddin Zidan və Antuan Qrizmannı geridə qoyub.
ÇL pley-offlarında ən çox qol vuran fransalı futbolçuların siyahısı:
1. Karim Benzema – 34 qol
2. Kilian Mbappe – 24 qol
3. Tyerri Anri – 12 qol
4. Usman Dembele – 9 qol