EN

Aİİ Ermənistana qarşı sərt tədbirlər görə bilər

Aİİ

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) müqaviləsini pozduğu halda ittifaq üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixael Aqasandyan bildirib.

Aqasandyan deyib ki, İrəvan Avrasiya İqtisadi İttifaqıqanunvericiliyinə zidd addımlar atsa və Aİİ haqqında müqaviləni mahiyyətcə pozsa, assosiasiyaya üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmləri mövcuddur.

Onun sözlərinə görə, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq çərçivəsində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olduğunu təsdiqləyir.

ELÇİN
Chosen
0
1
reyting.az

2Sources