EN

Yüksək Liqa: Bu gün 16-cı turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turuna start veriləcək.

Arena.az xəbər verir ki, dördüncü dövrənin ilk turunun bütün görüşləri eyni günə təsadüf edəcək.

Lider “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi görüşü FİFA referiləri idarə edəcək. Mərkəzi oyun saat 14:00-da başlayacaq. Turun bütün görüşləri “Olimpik Star”da baş tutacaq.

Yüksək Liqa
16-cı tur
1 may

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Neftçi İK – Şuşa
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Manafov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Yasamal Bakı – U-19
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Chosen
0
1
arena.az

2Sources