EN

Avropa Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunlarının hər ikisi eyni gündə baş tutacaq.

İngiltərə təmsilçisi “Tottenhem” evdə Norveçin “Bodo Qlimt” komandası ilə qarşılaşacaq.

İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə İspaniyada Bilbao “Atletik”inin qonağı olacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
1 may

23:00. “Tottenhem” (İngiltərə) – “Bodo Qlimt (Norveç)
23:00. “Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə).

Chosen
0
arena.az

1Sources