EN

Avropa Liqasında yarımfinal həyəcanı

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, hər iki oyun bu gecə baş tutacaq.

Bu mövsüm avrokubokların məğlubedilməz yeganə komandası olan "Mançester Yunayted" İspaniyada "Atletik"in qonağı olacaq. İngiltərənin digər nəhəngi "Tottenhem" isə turnirin süpriz komandası "Budo/Qlimt"i qəbul edəcək.

Qeyd edək ki, cavab oyunları mayın 8-də keçiriləcək.

Chosen
0
publika.az

1Sources