EN

Lüksemburq Ukraynanın enerji və müdafiə sektorlarına 10 milyon avro ayıracaq

Bu il Lüksemburq Ukraynanın Enerji Dəstəyi Fonduna 10 milyon avro ayıracaq. Ukraynanın müdafiə sektoruna da eyni məbləğdə vəsait köçürüləcək.

Herbiand.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın Lüksemburqun xarici işlər və müdafiə nazirləri Ksavye Bettel və Yuriko Bakes ilə birgə mətbuat konfransına istinadən məlumat verib.

“Bugünkü səfərin mühüm praktiki nəticəsi Lüksemburqun 2025-ci ildə Ukraynanın Enerji Dəstəyi Fonduna 10 milyon avro ayırmaq qərarıdır”, - Sibiqa bildirib.

Lüksemburqun müdafiə naziri isə bunları deyib: “Sizə dəstəyimizi göstərmək, dövləti, Ukrayna müdafiəsini dəstəkləməyimiz bizim üçün son dərəcə vacibdir və biz birlikdə dövlətlərimizin azadlığını və qüdrətini müdafiə edəcəyik”.

O xatırladıb ki, Lüksemburq Rusiya ilə müharibə zamanı Ukraynanın müdafiə sektoruna əhəmiyyətli dəstək verib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources