EN

Bakıda "şampun dəstəsi" iş başında - VİDEO

Bakıda yerləşən marketlərdən birində oğurluq hadisəsi baş verib.

Hakimiyyet.az -ın məlumatına görə, xəbər verir ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, oğurluq məqsədilə marketə 2 nəfər daxil olub. Onlardan biri kassirə yaxın hissədə ödəmə aparatının qarşısında daynaraq gəlib-gedənə nəzarət edib.

Arxa hissəyə keçən gənc oğlan isə şampunları oğurlayıb.

O, 7 ədəd şampunu geyiminin altında gizlədərək oradan uzaqlaşıb.

Oğurluq hadisəsi anbaan təhlükəsizlik kameralarına düşüb.

Marketin sahibi oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.

Qeyd edilib ki, bu, marketdə baş verən ilk oğurluq halı deyil. Bundan əvvəl də dəfələrlə marketdən şampun oğurlanıb.

Billurə Yunus

Chosen
0
2
hakimiyyet.az

3Sources