EN

Yamal “Barselona”da 100-cü oyununa çıxdı


“Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal “Barselona”nın heyətində 100-cü matçına çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Yamal 2023-cü ilin aprelində Kataloniya klubunda debüt edib. 2023/2024 mövsümündə İspaniya millisinin tərkibində Avropa çempionu olub.
Yamal həmçinin, Kataloniya təmsilçisinin heyətində 100 oyun keçirən ən gənc oyunçu ünvanına sahib olub.
Əvvəllər bu ünvan komanda yoldaşı Qaviyə (19 yaş 30 gün) məxsus olub.
Qeyd edək ki, Yamal “İnter”lə matçın başlamasına bir neçə dəqiqə qalmış zədələnsə də, yenə komandasının start heyətində meydana çıxıb. 24-cü dəqiqədə 17 yaşlı hücumçu “Barselona”nın ilk qolunu vurub. Oyun 3:3 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu mövsüm Yamal bütün turnirlərdə 48 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Chosen
0
33
yeniavaz.com

10Sources