İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanada çəkilmiş fotosu paylaşılıb.
Publika.az xəbər verir ki, martın 23-də həbs edilən İmamoğlu ailəsi ilə görüşüb.
O, həbsxanada çəkilən şəkli sosial media hesabında "Ailə hüzur, güvən, xoşbəxtlikdir. Ailə müqəddəsdir" şərhi ilə paylaşıb.
Fotoda İmamoğlunun anası Həvva İmamoğlu, atası Həsən İmamoğlu, həyat yoldaşı Dilək, oğlu Mehmet Səlim, qızı Beren və bacısı Neslihan Yakupçebioğlu yer alıb.