EN

Flik “İnter”lə oyun haqda: “ÇL-in finalına çıxmaq istəyirik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının yarımfinalının evdə “İnter”lə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İnter” – Avropada ən yaxşı müdafiədən birinə malik olan çox mürəkkəb rəqibdir. Onlar çox yaxşı yarımmüdafiəçilərə və güclü hücumçulara malikdirlər. Bu, mürəkkəb oyun olacaq, biz də buna hazır olmalıyıq.

“Real” üzərində finaldakı qələbə çox duyğusal idi, amma indi biz diqqətimizi cəmləmişik – biziim, Çempionlar Liqasının finalına çıxmaq fürsətimiz var, bu, təqvimdə ən vacib yarışdır.
Ora düşmək – bir xəyaldır. Biz iclas keçirdik ki, nə edəcəyimizi və nəyi yaxşılaşdıra biləcəyimizi anlayaq. Biz hər iki oyunda mümkün hər şeyi etməliyik”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, “Barselona” – “İnter” oyunu bu gün, aprelin 30-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Chosen
0
arena.az

1Sources