Khloe Kardashian formada qalmağının səbəbini açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o formasını ciddi idman və nizam-intizamlı pəhrizə borclu olduğunu açıqlayıb.
Gündə yeddi dəfə dietik yemək yeyən məşhur ulduz həftədə sadəcə bir dəfə istədiyini yeməklə balanslı həyat tərzi keçirir. O hər gün saat 05:30-da oyanıb idman edir.
Gəncliyində hər cür məşhur pəhrizləri sınadığını deyən Kardaşyan, qalıcı dəyişikliyin açarının həyat tərzinin dəyişdirilməsi olduğunu vurğulayıb.