Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu Qaraçala qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.
Son Yazılar:
- Putin ilk dəfə Kremldəki mənzilini göstərdi
- Bakıda qiraətçi faciəvi şəkildə öldü
- Qəzada həlak olan hərbçilərin FOTOSU
Faktla bağlı araşdırma aparılır.