Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Qarabörk kəndində 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hafta.az bu barədə FHN-ə istinadən xəbər verir.
Məlumatla əlaqədar DYMX-nın müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.