EN

Ağcabədidə ağır qəza: ölənlər var


Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayon ərazisində baş verib.

Minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu Qaraçala qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.

Chosen
0
6
news24.az

10Sources