EN

İsrail meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istədi

İsrail bu gün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən, o cümlədən Azərbaycandan kömək istəyib.

Teleqraf "EFE" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Qideon Saar bildirib.

"Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarla danışmışıq və onlardan meşə yanğınlarının söndürülməsi üçün dəstək istəmişik" - Q.Saar deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində baş verən meşə yanğınları baş verib. Bir neçə yaşayış məntəqəsindən sakinlər təxliyyə edilib.
Chosen
0
6
sherg.az

7Sources