EN

Uşaqları oğurlayan cinayətkar qrup var? - DİN-dən AÇIQLAMAVİDEO

Bakıda və regionlarda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar artıb. Bu cür səs yazıları son günlərdə sosial şəbəkələrdə  geniş yayılıb.

Səs yazılarından belə başa düşülür ki, uşaqları oğurlayan cinayətkar qrup formalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu səs yazıları o qədər sürətlə yayılıb ki, hətta məktəbli uşaqların valideynləri də təşvişə düşüb. Başı bağlı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.

İddiaların nə qədər həqiqi olduğunu öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, yayılan səs yazıları ilə bağlı araşdırma aparılıb. Onun əsassız olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyindən onu da əlavə etdilər ki, vətəndaşlar diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Chosen
0
xezerxeber.az

1Sources