EN

"O, 50 ildə bir dəfə dünyaya gələn istedadlardandır" - İnzaqi Yamala heyran qalıb

"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında heç-heçə (3:3) etdikləri görüşdən sonra "Barselona"nın vingeri Lamin Yamal haqqında emosional danışıb.

Fanat.Az xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə açıqlamasında bu sözləri deyib:

"Lamin 50 ildə bir dəfə dünyaya gələn istedadlardandır. Bu gün onu yaxından gördüm və məni heyran etdi. Yetirmələrimin etdikləri məni çox heyrətləndirdi. Onlar Yamalı iki-iki, üç-üç bağladılar".

Yamal "Barselona" - "İnter" oyununda 1 qol vurub.

Tərəflər arasında cavab görüşü 6 mayda keçiriləcək.

Mirağa

Chosen
0
fanat.az

1Sources