EN

Məktəbin qarşısında piyada zolağı silinib, təhlükəli vəziyyət yaranıbVİDEO

Xəzər rayonu, Əli İsazadə küçəsi, Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin qarşısında piyada zolağı silinib.

Ərazidə piyada keçidini göstərən heç bir nişan da yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, 2 il əvvəl bura piyada zolağı çəkilib, nişan qoyulubmuş.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Əraziyə baxış keçirilərək, çatışmazlıqlar aradan qaldırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Chosen
0
xezerxeber.az

1Sources