EN

Axtarışda olan kinoşünasın həyatı təhlükədədir?

Axtarışda
Yekaterina Barabaş

Ukraynaya qarşı müharibə aparan Rusiya ordusu haqqında "saxta məlumatlar" yaymaq ittiham ilə axtarışa verilmiş kino tənqidçisi Yekaterina Barabaş sağ-salamatdır. Bu barədə onun Kiyevdə yaşayan oğlu Yuri Barabaş məlumat verib.

Reyting.az
bildirir ki, Yuri Barabaşın anası haqqında payalaşımında deyilir:

"Əziz dostlar, Yekaterina Barabaş sağdır və onu təhlükə gözləmir. O, dəstək verən hər kəsə təşəkkür edir və hər bir şəxsə öz sevgisini bildirir. Hazırda öz hesablarına girişi bərpa edə bilmir, lakin yaxın gələcəkdə mütləq hər kəslə şəxsən əlaqə saxlayacaq. Ən əsası, indi bütün təhlükə arxadadır və o, donuzlardan xilas olub".

Bununla da, Yuri Barabaş anasının ingilis dilində yazdığı və "Facebook" səhifəsində paylaşdığı fotoya əlavə şərh yazıb.

Yekaterina Barabaş Rusiyanın məşhur kinoşünası, həmçinin Sovet dövrü ədəbiyyatşünası kimi tanınan Yuri Barabaşın qızıdır. Yekaterina Barabaş uzun illərdir "Republic" nəşri ilə əməkdaşlığını davam etdirir. Lakin bundan əvvəl o, Rusiyanın "Rossiyskaya qazeta", "Nezavisimaya qazeta", "Forbes", o cümlədən "İnterfaks" kimi çox nüfuzlu qəzetlərində, eləcə də media agentliklərində işləyib.

Rusiyalı məşhur kinoşünas və ictimai fəal Yekaterina Barabaş 2016-cı ildə Ukrayna ilə müharibə aparan Rusiya dövlətini və Putin hakimiyyətini tənqid etdiyinə görə "İnterfaks"-dan qovulub.

2025-ci ilin 25 fevralında isə Yekaterina Barabaş Moskvada saxlanılıb və ittiham elan olunmadan bütün gecəni müvəqqəti saxlama təcridxanasında çox çətin şəraitdə, psixoloji təzyiqlər altında keçirməli olub.

Az sonra kino tənqidçisi Rusiya ordusuna qarşı böhtanlar atmaqda ittiham olunub. Y. Barabaşın "saxta məlumatlar" yayması ilə bağlı cinayət işi üzrə ona ittiham elan edilib. Yekaterina Barabaş, RF Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi ilə ittiham olunur ki, bu da 10 ilədək həbs deməkdir.

İstintaq Komitəsi bəyan edib ki, Yekaterina Barabaş sosial şəbəkələrdən birində Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə "qəsdən yalan məlumat" yayıb. Komitə bildirir ki, Y. Barabaş Rusiya əleyhinə böhtan xarakterli təbliğat aparmaqda və iftira atmaqda davam edir.

Oqtay QORÇU
Chosen
0
reyting.az

1Sources