EN

ABŞ: Minerallarla bağlı saziş Vaşinqtonun sülh prosesinə sadiqliyini göstərir

ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin bağlanması Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh prosesinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

“Report” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent açıqlamasında bildirib.

“Bu razılaşma Rusiyaya aydın mesaj verir ki, Tramp administrasiyası azad, suveren və uzunmüddətli firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”, - o, ABŞ-nin Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar. Saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək. Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu barədə feysbukdakı səhifəsində paylaşım edib.

Chosen
0
report.az

1Sources