“La Casa Dei Sogni” MMC yenidən təşkil olunduğu elan edir.
FED.az xəbər verir ki, “Muradlı Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin MMC-dən ayrılması səbəbilə yenidən təşkil olunur.
Şirkət Valpaint və Novacolor kimi İtaliyanın dekorativ boya markalarının Azərbaycandakı eksklüziv distribütorudur.
Qeyd edək ki, “La Casa Dei Sogni” MMC 21 fevral 2019-cu ildə “MM Constuction” MMC adı ilə dövlət qeydiyyatına alınıb. Şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Abiyev Elnur Balabəy oğludur.