PSJ klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Arsenal"ı minimal hesabla məğlub edib - 1:0.

Offsideplus.az xəbər verir ki, görüşdə yeganə qolu Usman Dembele vurub. Bu, onun ÇL-nın pley-off mərhələsində 9-cu qolu olub.

Dembele bununla da Çempionlar Liqasının pley-off mərhələsində ən çox fərqlənən fransalı futbolçular arasında 4-cü yerə yüksəlib. O, 8 qol vuran əfsanəvi Zinəddin Zidan və Antuan Qrizmanı geridə qoyub.

Ondan daha çox fərqlənən futbolçular isə Kərim Benzema (34), Kilian Mbappe (24) və Tyerri Anridir (12).