EN

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.

KONKRET.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.

Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
2
50
konkret.az

10Sources