Bakı. Trend:
İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər vərayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalanuşaqların peyvəndlərə cəlb edilməsi nəzərdə tutulur. İmmunlaşdırmaHəftəsi insanların peyvənd almaq imkanını yaxşılaşdırmaqlapeyvəndlə əhatənin yüksək səviyyəyə çatdırılmasını və minlərləuşağın yoluxucu xəstəliklərdən qorunmasını təmin edir.
Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyasısayəsində 4 milyon ölümün qarşısı alınır:
“Peyvəndlər uşağı, xüsusən immun sistemi zəif inkişaf etmişkörpələri ciddi fəsadlara və ya ölümə səbəb oluna biləcəkxəstəliklərdən qoruyur. Hər bir uşağın hələ də ciddi fəsadlaryaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququvar. Məhz bu səbəblə, immunlaşdırmanın gücləndirilməsi mühüməhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə uşaqları bir sıra ciddixəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlərmövcuddur.
Peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olanuşaqların immun sistemini gücləndirməklə onları peyvəndlə qarşısıalınan xəstəliklərdən qoruyur”.
A.Qurbanova qeyd edib ki, uşağın peyvənd təqviminə uyğunvaxtında peyvənd olunması vacibdir:
“Vaksinasiyanın əhatəsi aşağı düşdükdə kökü kəsilməkdə olanqızılca, difteriya, poliomielit kimi yüksək yoluxuculuğa malik olantəhlükəli xəstəliklər geri qayıda bilər. Yoluxucu xəstəliklərdənqorunmağın başlıca profilaktika yolu peyvənddir. Peyvəndlərin məhzvaxtında aparılması uşağın sağlamlığını qoruyur. İmmunlaşdırmahəyatın bütün dövrlərində sağlamlığı qoruyur”.