EN

Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin binası istifadəyə verilib.

Dövlət Xidmətinin məlumatına görə, burada iştirakçılar üçün rahat, əlçatan və inteqrasiya olunmuş mühit yaradılıb.

Elektron hərrac proqram təminatı istifadəyə verildikdən sonra iştirakçılara veb-tətbiq və istifadəçi interfeysi vasitəsilə təklif vermək imkanı yaradılacaq. Bu isə hərrac proseslərinin operativliyini təmin edəcək, dövlət və bələdiyyə büdcələrinə daxilolmaları artıracaq, özəl sektorun inkişafına, iqtisadi aktivliyin artmasına və ümumilikdə, iqtisadiyyatın sağlamlaşdırılmasına mühüm töhfə verəcək.

Chosen
1
vergiler.az

1Sources