“Ukraynadakı münaqişə mənə Bayden kimi çimərlikdə yatmağa imkan verməzdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp hakimiyyətinin 100-cü gününə həsr olunan mitinqdə çıxışı zamanı səsləndirib.
“O (Bayden) çimərliyə gəlir və bir neçə saniyəyə yuxuya gedirdi, mən isə yerimdə vurnuxar, Çini necə məğlub edəcəyimi, Rusiya ilə Ukrayna arasındakı müharibəni necə dayandıracağımı düşünərdim. O isə kameraların qarşısında yuxuya gedirdi. Heç kim bilmirdi ki, bu adam prezidentdir, yoxsa yox” - Tramp bildirib.
Bizim.Media