EN

SOCAR “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı istismarı istiqamətində görülən işlər və hədəfləri açıqlayıb

Bakı. Trend:

“Abşeron” yatağının tammiqyaslı işlənilməsi mərhələsi üzrə cariil ərzində yekun investisiya qərarının qəbul olunmasına hazır olmaqməqsədilə “Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün“Front End Engineering Design” (ilkin layihələndirmə – FEED)işlərinin icrası ilə bağlı layihə tərəfdaşları ilə əsas podratçıtərəflər arasında razılaşma əldə olunub və layihələndirmə işləriartıq ilin əvvəlindən başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikası Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin sonunda FEED mərhələsinin tamamlanmasıvə yekun investisiya qərarının verilməsi gözlənilir.

Vurğulanıb ki, “Abşeron” yatağından hasil olunacaq qaz Azərbaycanındaxili bazarı ilə yanaşı, xaricə də yönəldiləcək: “Tərəfdaşlarlaaparılan ilkin kommersiya müzakirələrinə əsasən hasil olunan qazAzərbaycanda daxili bazarın ehtiyaclarının ödənilməsi üçün alınacaqvə eyni zamanda xaricə də nəql olunacaq”.

“SOCAR-ın beynəlxalq tərəfdaşlarla birgə layihənin işlənməsinihəyata keçirməsi və ilk qaza nail olunması, qlobal enerji bazarınamüsbət təsir etməklə yanaşı, eyni zamanda, Azərbaycanın beynəlxalqenerji təhlükəsizliyinin təminatçısı qismində mövqeyininmöhkəmlənməsində böyük rol oynayacaq”, - deyə məlumatda qeydolunub.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdantəxminən 100 kilometr cənub-şərqdə yerləşən Abşeron qaz-kondensatyatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.)tərəfindən idarə olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayınınəvvəlində hasil edilib.

İlkin hesablamalara əsasən, yataqda təxminən 350 milyard kubmetrqaz və 45 milyon ton kondensat ehtiyatı var.

Chosen
0
3
az.trend.az

4Sources