EN

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

Bakı. Trend:

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından26 il ötür.

Trendxatırladır ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-dayaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsiiştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasındaTürkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsnarol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlifölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib vədəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksəknailiyyətlər qazanıblar.

2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi TəyinatlıQüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşməninçoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində dəXüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızındüşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləriolub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azadetməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesininaparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüşvasitələri və texnikalara malikdir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanıgeneral-mayor, Vətən Müharibəsi Qəhrəmanı ƏləkbərCahangirovdur.

Chosen
2
5
az.trend.az

9Sources