Azərbaycanda iki həmkarlar ittifaqı birləşib.
Bunlar Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı və Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqıdır.
Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqının VII növbədənkənar qurultayı keçirilib.
Qurultayda Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqının Azərbaycan Elekt-roenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqına qoşulması barədə qərar qəbul edilib.
©İqtisadiyyat.az