Ajans.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb. Yeraltı təkanların episentri subarktik iqlim zonasında yerləşən Makkuori-Aylend adasından təxminən 220 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Hazırda dağıntı və insan tələfatı barədə hər hansı məlumat verilməyib.