Ticarət siyasətini müdafiə edən Tramp bildirib ki, Çin yəqin ki, yeni tarifləri qəbul etməli olaxaq...
Poliqon xəbər berir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC News telekanalına müsahibəsində danışıb. Trampın sözlərinə görə, Birləşmiş Ştatlar dünyanın hər bir ölkəsi tərəfindən aldadılıb.
“Onlar bizim axmaq insanlar olduğumuzu düşünürdülər və biz də elə idik. Mən dedim ki, biz buna imkan verməyəcəyik”, deyən Tramp Amerikanı qarşıda böyük zamanların gözlədiyini əlavə edib.
Xatırladaq ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp 185 ölkəyə gömrük rüsumlarının artdığını açıqlayıb. Birjalar tariflərə kütləvi enişlə cavab verib. Aprelin 9-da Tramp ticarət müharibəsində 90 günlük fasilə elan edib.
Poliqon.info