EN

Tramp çəkinmədən prezidentliyinin ilk 100 gününü “sağlam düşüncə inqilabı” adlandırdı...-VİDEO

ABŞ lideri prezidentliyinin 100 günü münasibəti ilə çıxış edib: əsas məqamlar...
 
ABŞ prezidenti Donald Tramp bir daha bəyan edib ki,  2022-ci ildə Ağ Evin rəhbəri olsaydı, guya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi olmazdı.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Tramp bunu Miçiqanda keçirilən mitinqdə prezident kimi ilk yüz günü münasibəti ilə çıxışı zamanı deyib.
 
O bildirib ki, prezidentliyinin ilk 100 gününü “sağlam düşüncə inqilabı” adlandırmaq olar.
 
Bundan əlavə, o, əmin edib ki, administrasiyası ABŞ-la sərhədi qeyri-qanuni keçidlərin ən aşağı sayına görə rekordlar qırıb.
 
O, sələfi Co Baydenin administrasiyasını miqrantlara amerikalıları “zorlamağa və öldürməyə” icazə verməkdə ittiham edib. Tramp həmçinin əmin edib ki, guya Bayden Amerika fəhlələrinə kömək etmək istəməyib.
 
ABŞ prezidenti həmçinin tarif siyasətini, xüsusən də Çinə qoyulan məhdudiyyətləri şərh edib. O bildirib ki, bu, ölkə iqtisadiyyatını daha da pisləşdirəcək: "Biz Çinlə anlaşırıq. Onlar razılaşmaq istəyirlər. Bu, ədalətli razılaşma olacaq".
 
"TSN" bundan əvvəl bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın müharibəni dayandırması müqabilində ərazisini Rusiyaya verməsində israr edir, eyni zamanda proses uzanarsa, sazişdən çıxacağı ilə hədələyir.
 
Rusiya hakimiyyətinin ABŞ-dakı seçkilərdən əvvəl də Donald Trampın komandası ilə danışıqlar apardığı da daha öncə xəbər verilib.

 

P.S. Utanmasan, oynamağa nə var ki...
 
S.Laçın
Chosen
2
moderator.az

1Sources