EN

Azərbaycan və Küveyt arasındakı Birgə Komissiyanın 3-cü iclası keçiriləcək

BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Səfər çərçivəsində nazir aprelin 30-da Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşəcək, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Həmçinin Ceyhun Bayramovun həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

Chosen
1
34
teleqraf.com

10Sources